Loading alternative title

DÜNYADA

  • alternative title

    İranlı deputat: "Qumda koronavirusdan 50 nəfər ölüb"

    İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi Fərahani Səhiyyə Nazirliyini sərt tənqid edib. Qalanews.com "Anadolu Ajansı"na istinadən xəbər verir ki, o, nazirliyi ölkədə tüğyan edən koronavirusa qarşı zəruri tədbirlər görməməkdə ittiham edib. Deputat Qumda gündə 10 nəfərin koronavirusdan öldüyünü, son iki həftə ərzində isə 50 nəfərin bu infeksiyadan dünyasını dəyişdiyini bildirib. Ə.Fərahani vurğulayıb ki, hazırda Qumda 250 nəfər karantin altındadır. İran Səhiyyə Nazirliyi isə ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.

    Ətraflı   13:42     24-Feb-2020     907
  • alternative title

    Gürcüstan parlamentinin sədrinin yaşadığı evdə silah tapıldı

    Gürcüstan parlamentinin sədrinin yaşadığı evdə silah tapıldı Gürcüstan parlamentinin spikeri Arçil Talakvadzenin yaşadığı evdə silah pilləkən üzərində tapılıb, polis binanı bağlayıb. "Qalanews" Rusiya mətbuatına istinadən xəbər verir ki, birinci və ikinci mərtəbələr arasında odlu silahın tapıldığı iddia edilib. Silah dövlət təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən aşkar edilərək, ardınca hüquq-mühafizə orqanlarının dərhal binanı nəzarətə götürüb. Daxili İşlər Nazirliyi əlavə olaraq qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddəsi ilə istintaq başladıldığını bildirib.

    Ətraflı   13:39     24-Feb-2020     994
  • alternative title

    Çin vəhşi heyvanların ticarətini qadağan edir

    Çin vəhşi heyvanların ticarətini qadağan edir. Qalanews.com xarici mediaya istinadn xəbər verir ki, koronavirusunun sürətli yayılması ilə Çin vəhşi heyvanların ticarətini qadağan etmək qərarına gəlib. Ehtiyat tədbirləri görən Çin Xalq Xalq Konqresi Daimi Komitəsi (NPC) milli və qlobal sağlamlığı qorumaq üçün virusun yayılması bitənə qədər vəhşi heyvanların ticarətinin qadağan edildiyini açıqlayıb. "Bu qadağa ilə vəhşi heyvanların istehlakını tamamilə dayandırmağı və qanunsuz heyvan ticarətinin qarşısını almağı hədəfləyirik" deyə bildirilib. Son bir neçə gündə Çin səhiyyə rəsmiləri, virusun Uhan şəhər bazarında satılan vəhşi heyvanlardan keçdiyini söyləyiblər. Digər tərəfdən, Çin rəsmiləri daha əvvəl SARS virusunun vəhşi heyvanlardan qaynaqlandığını bildirmiş və bu heyvanların satışına qadağa qoymuşdular. Ancaq bu yaxınlarda ölkədə vəhşi heyvanların ticarəti yenidən başladılmışdı.

    Ətraflı   13:31     24-Feb-2020     1317
  • alternative title

    Çində koronavirusdan ölənlərin son statistikası

    Çində koronavirusdan ölənlərin son statistikası Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artıb. "Qalanews" Rusiya mətbuatına istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ölkədə virus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb. Məlumata görə, 24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bildirilir ki, gün ərzində virusdan 150 ölüm hadisəsi qeydə alınıb, 1 846 nəfər evə buraxılıb. Hazırda Çində 77 150 nəfər virus daşıyıcısıdır.

    Ətraflı   13:29     24-Feb-2020     1147
  • alternative title

    Vəhşi pişik sirkdə məşqçiyə hücum etdi

    Vəhşi pişik sirkdə məşqçiyə hücum etdi Cənubi Osetiyada sirk tamaşası zamanı vəhşi təlim heyvanı məşqçiyə hücum edib. "Qalanews" Rusiya mətbuatına istinadən xəbər verir ki, hücum edən heyvan vəhşi pişik növündən olan heyvandı. Hadisə Tsxinvalda sirk turu zamanı baş verib. Görüntülərdə təlimçinin yüksək stenddə oturan pişiyi sıçrayış üçün necə çəkdiyini göstərir. Nəticədə heyvan ourduqdan stendlə birlikdə aşır. Bundan sonra vəhşi pişik məşqçiyə hücum edib, onu yaralamaq istəyir.

    Ətraflı   13:22     24-Feb-2020     985
  • alternative title

    İtaliyada koronavirusdan ölənlərin sayı artdı

    İtaliyada koronavirusdan ölənlərin sayı 4-ə çatıb. Qalanews.com “Reuters”ə istinadən xəbər verir ki, İtaliyada koronavirusun bütün 4 qurbanı yaşlı insanlardır. Bundan başqa, ölkədə koronavirus daşıyıcıların sayı 150-ni ötüb.

    Ətraflı   13:07     24-Feb-2020     1214
  • alternative title

    Fransada İtaliya ilə sərhədi bağlamaq məqsədəuyğun deyildi

    Fransada İtaliya ilə sərhədi bağlamaq məqsədəuyğun deyildi Fransa koronavirusunla bağlı İtaliya ilə sərhədi bağlamağa ehtiyac olmadığını söyləyib. "Qalanews" xəbər verir ki, bu barədə Fransanın nəqliyyat üzrə dövlət katibi Jean-Baptiste Jebbari açıqlama verib. Koronavirusun yayılması İtaliyanın şimal bölgələrində, əsasən Lombardiya və qonşu Veneto bölgəsində qeydə alınıb. Açıqlamalara görə, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 150 nəfəri keçib, 3 nəfər isə ölüb. Həmçinin, Lombardiya, Veneto, Piedmont, Emilia-Romagna və Friuli-Venezia Giulia rəhbərliyi məktəb və universitetlərin bağlanacağını elan edib. Eyni zamanda Lombardiya və Venetoda bütün ictimai tədbirlərin, o cümlədən mədəni və idman tədbirlərinin qadağan edilməsi barədə qərar qəbul edilib.

    Ətraflı   13:02     24-Feb-2020     1227
  • alternative title

    Əfqanıstanda ilk Kovid-19 hadisəsi qeydə alınıb

    Əfqanıstanda ilk Kovid-19 hadisəsi qeydə alınıb. Qalanews.com xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstan mətbuatında yer alan xəbərə görə, Səhiyyə naziri Ferozuddin Feroz ölkənin qərbindəki Herat vilayətində bir adamda yeni bir növ koronavirusun (Kovid-19) aşkarlandığını söyləyib. Feroz vilayətdə fövqəladə vəziyyət elan edildiyini bildirib. Digər tərəfdən, ölkədə ən azı 10 nəfər yeni bir növ koronavirus şübhəsi ilə karantinə alınıb.

    Ətraflı   12:59     24-Feb-2020     998
  • alternative title

    Daha bir müsəlman ölkəsində koronavirus aşkarlandı

    Küveytdə üç nəfərdə koronavirusa yoluxma halı aşkar edilib. Qalanews.com xəbər verir ki, bu barədə “KUNA” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Qeyd olunur ki, virusa yoluxanlar İranın Məşhəd şəhərindən gələnlərdir. Virusa yoluxmuş şəxslərdən biri 53 yaşlı Küveyt vətəndaşı, digəri 61 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşıdır, üçüncü xəstənin 21 yaşı var, vətəndaşlığı hələ müəyyən edilməyib. Onlar tibbi nəzarətdə saxlanılırlar.

    Ətraflı   12:46     24-Feb-2020     1364
  • alternative title

    Rusiya Türkiyə üzərindən müşahidə uçuşu edəcək

    Rusiya Türkiyə üzərindən müşahidə uçuşu edəcək Açıq Səma Sazişi çərçivəsində Türkiyə ərazisi üzərində müşahidə uçuşu fevralın 25-28-nə planlaşdırılıb. "Qalanews" Rusiya mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Açıq Səma Müqaviləsinin həyata keçirilməsi çərçivəsində Rusiya Federasiyası "TU-154M LK-1"müşahidə təyyarəsində Türkiyə Respublikasının ərazisi üzərində müşahidə uçuşu həyata keçirməyi planlaşdırdığını bildirib. Uçuşların iştirakçı dövlətlərin hərbi fəaliyyətlərində daha çox şəffaflığı təmin etmək, həmçinin təhlükəsizliyi gücləndirmək üçün qeyd olunub.

    Ətraflı   12:40     24-Feb-2020     1360
  • alternative title

    İraqda silahlı hücumlar: 4 ölü, 6 yaralı

    İraqın Bağdad və Diyala əyalətlərində silahlı hücumlarda təhlükəsizlik işçiləri də daxil olmaqla 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Qalanews.cm xarici mediaya istinadən xəbər verir ki, Bağdad polis rəhbərliyinin verdiyi açıqlamada, şəhərin cənub-şərqindəki Betul bölgəsində bir yol polisi, şəhərin şərqindəki Nəsr bölgəsində silahlı hücumda isə bir mülki şəxs həyatını itirib. Paytaxtın şərqindəki Sadr bölgəsində motosiklet istifadə edən silahlılar Təhsil Nazirliyində bir məmuru öldürüblər. Bundan əlavə, şəhərin cənubundakı Latife bölgəsində və Kerade bölgəsindəki silahlı hücumda 3 nəfər yaralanıb. Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Bağdadın şərqindəki Diyala əyalətində bir silahlı hücumda bir mülki şəxs həyatını itirib, təhlükəsizlik nöqtəsindəki DAESH terror hücumunda 3 polis əməkdaşı yaralanıb.

    Ətraflı   12:34     24-Feb-2020     1038
  • alternative title

    İraq İrana qadağanı daha 15 gün uzadır

    İraq rəhbərliyi yeni koronavirusun (Kovid-19) yayılması səbəbindən İran vətəndaşlarının ölkəyə giriş qadağasını daha 15 gün uzadıb. Qalanews.com "TRT Haber"-ə istinadən xəbər verir ki, İraq Sərhəd Keçid Komitəsindən edilən yazılı açıqlamada, Kovid-19 yayılması ilə mübarizə üçün İranın ölkəyə giriş qadağasının daha 15 gün uzadıldığı bildirilib. Qeyd edək ki, İrandan koroanavirus səbəbindən 12 nəfər həyatını itirib, 47 nəfər isə epidemiyaya yoluxub.

    Ətraflı   12:24     24-Feb-2020     1270
  • alternative title

    İranda yenidən zəlzələ olub

    İranda yenidən zəlzələ baş verib. “Haber Global”ın Tehran Universiteti Seysmoloji Mərkəzinə əsasən yaydığı məlumata görə, zəlzələ yerli vaxtla 04:03-də meydana gəlib. 4,9 bal gücündə baş verən zəlzələ İranın cənubunda Kirman əyalətinin Raver rayonunda qeyd edilib. Təkanın episentri 10 kilometr dərinlikdə olub. Qeyd edək ki, fevralın 23-də İranın Qərbi Azərbaycan əyalətinin Qotur rayonunda 5,7 bal və Xoy şəhərinin Zərdab bölgəsində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

    Ətraflı   12:19     24-Feb-2020     987
  • alternative title

    İsrail Suriyada İslam Cihadını vurdu: 2 ölü

    İsrail Suriyada İslam Cihadını vurdu: 2 ölü İsrail Suriyadakı Fələstin İslam Cihad Hərəkatının hədəflərinə hava hücumu həyata keçirib. "Qalanews" "NTV"-yə istinadən xəbər verir ki, hücumda İslami Cihad Hərəkatının iki hərbçisi ölüb. İsrail Ordusunun sözçüsü Avihay Adreyin verdiyi açıqlamaya görə, İsrail döyüş təyyarələrinin Suriyanın paytaxtı Dəməşq "Ədliyyə" bölgəsində İslam Cihad Hərəkatına aid hədəflərə bir sıra hücumlar etdiyini söyləyib. İslami Cihad Hərəkatından edilən yazılı açıqlamada 24 yaşlı Səlim Əhməd Səlim və 23 yaşlı Ziyad Əhməd Mənsurun İsrail hücumlarında öldüyü qeyd olunub.

    Ətraflı   12:18     24-Feb-2020     1158
  • alternative title

    Daha üç ölkədə koronavirus aşkarlandı

    Bəhreyn, Küveyt və Əfqanıstanda koronavirusa yoluxma halları qeydə alınıb. Qalanews.com ərəb mdiasına istinadən xəbər verir ki, Bəhreyndə koronavirus diaqnozu İrandan gəlmiş vətəndaşa qoyulub. Küveytdə isə 3 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb. Onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır. Məlumata görə, xəstə müalicə alanadək Küveytdə qalacaq. Eyni zamanda Əfqanıstanda da ilk koronavirus hadisəsinin qeydə alındığına dair məlumat yayılıb.

    Ətraflı   12:10     24-Feb-2020     1181
  • alternative title

    Zəlzələ Türkiyədə bir kəndi tamamilə məhv etdi

    Türkiyə-İran sərhədi yaxınlığında baş verən zəlzələlər səbəbi ilə Vanın Başkale rayonundakı məhəllələrdə böyük dağıntılar müşahidə olunub. Bu barədə Haberler.com məlumat yayıb. Rayonun Özpınar kəndində güclü zəlzələ bütün evləri dağıdıb. Xatırladaq ki, İranın Xoy şəhərində baş vermiş 5.9 maqnitudalı zəlzələ Türkiyənin Qars vilayətində və Van şəhərində də hiss olunub.

    Ətraflı   12:06     24-Feb-2020     903
  • alternative title

    Məşhur aktyorun 15 milyon dollarlıq evi sel sularının altında qalıb - FOTO

    Hollivud ulduzu Corc Kluninin Böyük Britaniyadakı əmlakı daşqınlar səbəbindən sel sularının altında qalıb. Bu barədə “Daily Mail” xəbər verir. Nəşr vurğulayıb ki, məşhur aktyora məxsus ərazidə yerləşən tennis kortu və yay evinin verandası su altında qalıb. Qeyd edək ki, Böyük Britaniyada “Dennis” fırtınası daşqınlara səbəb olub. Əlverişsiz hava səbəbindən Temza çayı daşıb. Corc Kluni əmlakı 2014-cü ildə alıb. Əmlak 9,7 milyon dollara satışa çıxarılıb. Amma aktyorun mülkə nə qədər pul ödədiyi məlum deyil. Hazırda mülkün dəyəri 15,5 milyon dollar qiymətləndirilir.

    Ətraflı   12:04     24-Feb-2020     1100
  • alternative title

    Kovid-19 virusu ilə bağlı Yeni Zelandiya və Şimali Koreyada yeni tədbirlərə başladı

    Kovid-19 virusu ilə bağlı Yeni Zelandiya və Şimali Koreyada yeni tədbirlərə başladı "Qalanews" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern açıqlama verib. Yeni Zelandiya və Şimali Koreya Koronaviusla bağlı Çindən gələnlərə qadağa vaxtını uzadıb. Açıqlamalara görə, Şimali Koreya 380 xarici vətəndaşa da daha 8 gün uzadaraq karantin tətbiq edib. Həmçinin Ardern vətəndaşların və daimi yaşama icazəsi olanların 14 gün təcrid olunmuş vəziyyətdə geri dönə biləcəyini səyahət qadağasının müddəti bitdikdən sonra hər 48 saatdan bir yenidən nəzarətdən keçiriləcəyini qeyd edib. Qeyd edək ki, Şimali Koreyada karantin altındakı əcnəbilərin əksəriyyəti paytaxt Pxenyanda yaşayan diplomatlardır

    Ətraflı   12:02     24-Feb-2020     884
  • alternative title

    İranda koronavirus səbəbindən ölənlərin sayı 12-yə yüksəldi

    İranda koronavirus səbəbindən ölənlərin sayı 12-yə yüksəlib/ Qalanews.com xarici mediaya istinadən xəbər verir ki, İran dövlət televiziyasında yayımlanan məlumata görə, səhiyyə naziri Səid Nemeki, ölkədə yeni koronavirus (Kovid-19) hadisələri ilə əlaqədar parlamentə hesabat təqdim edib. Hesabatda koronavirus nəticəsində ölənlərin sayının 12-yə, virusa yoluxanların sayının isə 47-ə çatdığı bildirilir.

    Ətraflı   12:01     24-Feb-2020     1184
  • alternative title

    Türkiyə: “Koronavirusla bağlı İrana təklif etdik ki...”

    “Türkiyə İrana Qum şəhərini karantinə almağı təklif edib, ancaq qarşı tərəf bunu qəbul etməyib”. “Hürriyet”in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bəyan edib. Nazirin sözlərinə görə, iki gün əvvəl iranlı həmkarından virusun mənbəyi barədə soruşub, o isə virusun Qum şəhərindən yayıldığını, Tehranda və başqa yerlərdə rast gəlinən halların bu və ya digər şəkildə sözügedən şəhərlə əlaqəsi olduğunu deyib. “Qum şəhəri də Çinin Uhan şəhəri kimi karantinə alınmalı idi. Əgər Qum şəhərini karantinə alsanız, sərhədləri bağlamarıq. Ancaq İranın Səhiyyə naziri şəhərin karantinə alınmayacağını dedi. Biz də bu səbəbdən sərhədi bağlamaq məcburiyyətində qaldıq”, - deyə F.Koca bildirib. Türkiyəli nazir İranda virusa yoluxma sayının çox olduğu ehtimalını irəli sürüb. Qeyd edək ki, İranda bu günə qədər virusa 43 yoluxma halı qeydə alınıb. Onlardan səkkizi ölümlə nəticələnib. Yoluxma Qum şəhərindən başlayıb. Həkimlərin dediyinə görə, yoluxanların əksəriyyəti ya şəhər sakinləridir, ya da ora gediblər.

    Ətraflı   11:57     24-Feb-2020     1336

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:40     24-Feb-2020     1023
  • alternative title 11:59     24-Feb-2020     1352
  • alternative title 11:54     24-Feb-2020     1121
  • alternative title 11:37     24-Feb-2020     324
  • alternative title 17:38     22-Feb-2020     1724
image title here

Some title