QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Aug 2022, 16:03
IGB Bolqarıstanın milli təbii qaz ötürücü şəbəkəsinə qoşulub

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Bolqarıstanın milli təbii qaz ötürücü şəbəkəsinə qoşulub.

Qalanews IGB-nin operatoru olan ICGB-yə istinadən xəbər verir ki, Bolqarıstanın iki müstəqil təbii qaz kəməri operatoru - ICGB ilə “Bulgartransgaz”ın infrastrukturunun birləşdirilməsi Stara Zaqora yaxınlığında həyata keçirilib.

IGB həm də bu kəmərinin keçdiyi iki ölkədəki operatorlara bağlıdır və buna görə də təbii qazın obyekt vasitəsilə fiziki nəqli hazırda texniki cəhətdən təmin olunub.

IGB Trans-Adriatik Qaz Boru Kəməri (TAP), Trans-Anadolu Qaz Boru kəmərinin (TANAP) və Aleksandrupolis (Yunanıstan) yaxınlığındakı Mayeləşdirilmiş Təbii Qaz Terminalı kimi digər böyük layihələrlə sinerji şəklində inkişaf edir. Bu layihə, xüsusilə Cənub-Şərqi Avropa regionunda bir çox yeni bazarlara çıxış imkanı verəcək.

Yunanıstandan Bolqarıstan istiqamətinə uzanan IGB kəmərinin ötürücülük gücü milyard kubmetrdir. Bu göstərici 5 milyard kubmetrə qədər artırıla bilər.




Baxış sayı: 276



OXŞAR XƏBƏRLƏR