QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Aug 2022, 15:40
Ukraynalı general: "Rusiya Krımdakı partlayışlara görə yeni hücum əməliyyatlarına hazırlaşır"

“Rusiya ordusu işğal altındakı Krımda baş verən partlayışlara görə cavab əməliyyatına hazırlaşır”.

Qalanews UNIAN-a istinadən xəbər verir ki, bunu Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Rusiyanın ehtimal edilən əməliyyatı avqustun 24-də, Ukraynanın Müstəqillik Günündə ola bilər.

“Qarşı tərəf yeni hücum əməliyyatlarına hazırlaşır. Belarus ərazisində çoxlu aviasiya və raket sistemləri cəmləşib. Biz yeni raket zərbələri və genişmiqyaslı hücum əməliyyatları gözləyirik”, - o bildirib.

Generalın sözlərinə görə, artıq yüzlərlə texnika Xerson və Zaporejye istiqamətlərində hərəkət edir.




Baxış sayı: 254



OXŞAR XƏBƏRLƏR