QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Aug 2022, 14:37
Böyük Britaniyada inflyasiya son 40 ildə ilk dəfə olaraq 10 %-i ötüb

Böyük Britaniyada inflyasiya 1982-ci ildən sonra ilk dəfə olaraq 10 %-i ötüb.

Qalanews xəbər verir ki, bu, Milli Statistika Xidmətinin (ONS) hesabatında bildirilir.

Belə ki, iyul ayında istehlak qiymətləri indeksi iyun ayı ilə müqayisədə daha 0,6 % artıb. Nəticədə son bir il ərzində indeks artımı 10,1 % təşkil edib.

Qiymət artımı əsasən ərzaq məhsullarında və spirtsiz içkilərdə qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl İngiltərə Bankı payızda Böyük Britaniyada qiymət artımının 13 %-dək sürətlənə biləcəyi barədə xəbərdarlıq etmişdi.




Baxış sayı: 241



OXŞAR XƏBƏRLƏR