QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 Aug 2022, 22:15
"Dəniz kuboku" müsabiqəsində "Üzən mina hədəfinə atış" çalışması yerinə yetirilib

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər.

Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər.

Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb.




Baxış sayı: 271



OXŞAR XƏBƏRLƏR