QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 Aug 2022, 20:53
Son iki həftədə Ukraynadan 563,3 min tondan çox ərzaq ixrac edilib

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) avqustun 1-dən 15-dək olan müddətdə Ukrayna limanlarından 563 317 ton ərzaqla 21 gəminin yola düşməsini təsdiqləyib.

Qalanews TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin BKM-dəki ofisinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, Ukraynanın nəzarəti altında olan limanlardan 451 481 ton qarğıdalı, 50 300 ton günəbaxan yarması, 41 622 ton buğda, 11 min ton soya, 6 min ton günəbaxan yağı, 2 914 ton günəbaxan tumu daşınıb.

BKM həmçinin bu iki həftə ərzində 15 gəminin İstanbuldan Ukrayna limanlarına hərəkətini qeydə alıb. 27 yoxlama aparılıb. Onların hamısı uğurla başa çatıb.



report




Baxış sayı: 247



OXŞAR XƏBƏRLƏR