QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Aug 2022, 21:26
"Yuventus" "Barselona"nın hücumçusu ilə anlaşdı

"Yuventus" klubu "Barselona"dan ayrılacağı gözlənilən hücumçu Memfis Depayı heyətinə qatmağa yaxındır.

Qalanews Offsideplus.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi niderlandlı futbolçu ilə 2 illik müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Razılaşmaya əsasən oyunçu hər mövsüm üçün 5-6 milyon avro qazanacaq. Xəbərə görə, İtaliya klubu "Barselona" ilə 1 illik sözləşməsi qalan Depayın müqaviləsinin  ləğv edilməsini gözləyir. Azad agent olan futbolçunun transferi o zaman tamamlanacaq. 

Qeyd edilir ki, Memfis Depay ilk vaxtlar "Barselona"da qalmaq istəsə də, La Liqada mövsümün ilk turunda "Rayo Vallekano" ilə oyunda baş məşqçi Xavinin ona şans verməməsi Niderland millisinin üzvünün məhz bundan sonra ayrılmaq qərarını qətiləşdirdiyi deyilir.




Baxış sayı: 261



OXŞAR XƏBƏRLƏR