QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Aug 2022, 20:56
Çexiya çempionunun Bakıya səfər proqramı açıqlanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Viktoriya" Plzen komandasının Bakıya səfər planı bəlli olub.

Qalanews klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi avqustun 16-sı səhər saatlarında Azərbaycan paytaxtına yola düşəcək.

Saat 19:45-də "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı baş tutacaq. Ardınca isə Çexiya çempionu matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.




Baxış sayı: 243



OXŞAR XƏBƏRLƏR