QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Aug 2022, 18:33
Çindən ABŞ-a xəbərdarlıq: “Odla oynayanlar öləcəklər”

Pekin ABŞ-ı ölkənin daxili işlərinə qarışmağı dayandırmağa və “Vahid Çin” siyasətinə riayət etməyə çağırır.

Qalanews xəbər verir ki, bu barədə Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Lyu Syaomin tvitter səhifəsində yazıb.

“Bu, odla oynamaq kimi çox təhlükəli bir hərəkətdir. Odla oynayanlar isə ondan öləcəklər. Biz aidiyyəti ölkələri “Vahid Çin” siyasətinə riayət etməyə, Tayvanla bağlı məsələləri düzgün həll etməyə və Pekinin daxili işlərinə qarışmağı dayandırmağa çağırırıq”, - Çin rəsmisi qeyd edib.

O, həmçinin qeyd edib ki, Çinin yenidən birləşməsinə mane olmağa çalışan hər kəs ölkədə 1,4 milyarddan çox insanın əli ilə hörülmüş “böyük polad divar”la üzləşəcək.

Qeyd edək ki, ABŞ Konqresinin nümayəndə heyətinin Tayvana iki günlük səfəri başlayıb. Senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.




Baxış sayı: 289



OXŞAR XƏBƏRLƏR