QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Aug 2022, 16:03
Tramp FTB-ni iqamətgahından ələ keçirilən sənədləri geri qaytarmağa çağırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunu (FTB) Mar-a-Laqo iqamətgahında axtarış zamanı ələ keçirilən sənədləri dərhal geri qaytarmağa çağırıb.

Qalanews xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

“İndicə məlum oldu ki, FTB indiki məşhur basqını zamanı vəkil-müştəri materiallarının qutularını (məxfi hüquqşünas-müştəri əməkdaşlığına dair), habelə icra orqanlarının götürməməli olduqları materiallarını götürüb. Mən xahiş edirəm ki, bu sənədlər dərhal geri qaytarılsın”-deyə, o bildirib.




Baxış sayı: 223



OXŞAR XƏBƏRLƏR