QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Aug 2022, 12:34
“Brent” neftinin qiyməti 97 dollara düşüb

Qlobal tələbin azalması ilə bağlı narahatlıqlar və İrandan neft tədarükünün artması ehtimalı fonunda dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşüb.

Qalanews “Trading Economics”ə istinadən xəbər verir ki, Londonun ICE birjasında “Brent” neftinin oktyabr fyuçersləri 1 % və ya 0,98 dollar ucuzlaşaraq 1 bareli 97,17 ABŞ dollarına satılıb. Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,98 % və ya 0,9 dollar aşağı düşərək 1 bareli 98,15 ABŞ dolları təşkil edib.

Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyaları zəiflətməyi təklif edir.

Digər tərəfdən, OPEC 2022-ci ildə neftə olan tələb proqnozunu gündəlik 0,3 milyon barel azaldaraq, 3,1 milyon barel müəyyən edib. 2023-cü il üçün proqnoz isə 2,7 milyon barel səviyyəsində saxlanılıb.

Bununla da, OPEC-in hesablamalarına görə 2022-ci ildə neft istehlakı gözlənildiyi kimi gündəlik 100,3 milyon barel deyil, 100,03 milyon barel təşkil edəcək.

ABŞ-ın “Baker Hughes” şirkətinin məlumatına görə, ötən həftə ölkədə aktiv neft buruqlarının sayı 3 ədəd artaraq 601-ə çatıb. 




Baxış sayı: 235



OXŞAR XƏBƏRLƏR