QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 Aug 2022, 11:51
Ermənistan Gürcüstandan Rusiyaya malları dəniz yolu ilə daşınmasını istəyib

Ermənistan hökuməti Gürcüstan tərəfinə "Kazbeqi"-"Yuxarı Lars" gömrük-keçid məntəqəsinin yükü ilə əlaqədar Rusiyaya və geriyə dəniz yolu ilə yüklərin daşınmasına başlamaq xahişi ilə müraciət edib.

Qalanews "report"a istinadən bildirir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, söhbət tez xarab olan ərzaq məhsullardan gedir.

Ermənistan tərəfi bildirib ki, Rusiya ilə sərhəddə yerləşən "Kazbeqi"-"Yuxarı Lars" gömrük-keçid məntəqəsinin gecə-gündüz fəaliyyət göstərməsinə baxmayaraq, Gürcüstanın tranzit dəhlizinin sıxlığı səbəbindən yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşib.

"Çox vaxt Rusiyadan Ermənistana və geriyə gedən malların emalı bir neçə həftə çəkir ki, bu da tez xarab olan məhsullar üçün pisdir"- məlumatda deyilir.




Baxış sayı: 278



OXŞAR XƏBƏRLƏR