QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 12 Aug 2022, 16:03
Avqustda “Azəriqaz”ın boru xətllərinə qaz qəbulu cüzi azalıb

Avqust ayının 11 günü ərzində “Azəriqaz” İstehsalat Birliyinin boru xətllərinə 107 milyon kubmetr qaz qəbul olunub.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

O qeyd edib ki, ondan sənaye xətləri üzrə 62,7 milyon kubmetr, əhali xətləri üzrə 44,3 milyon kubmetr təşkil edib.

R.Cavadov bildirib ki, boru xətllərinə qəbul olunan qazın həcmi keçən illə müqayisədə 0,8 milyon kubmetr (0,75 %) azdır: “Ondan sənaye xətləri üzrə azalma 3,5 milyon kubmetr, əhali xətləri üzrə artım 2,7 milyon kubmetr təşkil edib. Əhali xətləri üzrə Bakıda 1,6 milyon kubmetr, regionlarda isə 1,1 milyon kubmetr artım olub”.




Baxış sayı: 248



OXŞAR XƏBƏRLƏR