QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 16:04
Gömrükdəki həbslər məşhur Azərbycanlı modelyerin başağrısına çevrilib - Diana Əhədpur milyonlarını itirə bilər

Azərbaycanlı modelyer Diana Əhədpurun başı qalmaqaldadır.

Qalanews  bildirir ki, bunun səbəbi isə modelin həyat yoldaşı, iranlı biznesmen Əhədpur Xangah Mənuçehrlə bağlıdır.

 

Xatırladaq ki, lüks həyat tərzi ilə sosial şəbəkə hesabında da bir çox izləyicini öz başına toplaya bilən Diana əvvəllər model işləyib, 2017-ci ildən öz geyim brendini yaradıb. Onun geyimləri dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycanda bir çox moda həftələrində nümayiş etdirilib.

 

Modelyerin bahalı avtomobilləri, geyimləri isə heç kəsə sirr deyil. Hətta o, imkanlarından izləyiciləri üçün də pul ayıra bilir. Məsələn, Dubayda yaşayan azərbaycanlı dizayner, şəxsi İnstagram səhifəsində ən asan şərtlərlə öz izləyicilərinə "iPho1ne 12" mobil telefonu bağışlayıb. Yaxud, 100 min dollarlıq dəyəri olan "Porsche" markalı avtomobilini də izləyicilərinə hədiyyə edəcəyini açıqlayıb. Bu imkanları ona təqdim edən əsas şəxs isə əlbəttə, hazırkı həyat yoldaşıdır. 

Diana Əhədpur — Vikipediya

Modelyer ondan 35 yaş böyük olan əcnəbi həyat yoldaşı, yəni Əhədpurla tanış olanda, o, evli imiş. Tanışlıqdan üç ay sonra iş adamı Dianaya evlilik təklif edib, o da razılaşıb. Bu haqda yerli mediaya açıqlama verən biznes ledi fikirlərini bu cür ifadə etmişdi:

 

"Onunla tanış olanda heç düşünməmişdim ki, bu, evliliyə aparacaq. O, mənə evlilik təklif edəndə şoka düşmüşdüm. Öz həyat yoldaşından ayrıldı və biz Bakıda rəsmən evləndik. Adamlar fikirləşir ki, mən ona puluna görə ərə getmişəm. Amma bu, belə deyil. Əgər ürəyi gözəl olmasaydı, heç vaxt onun arvadı olmazdım. Öz həyatını pula görə puç etmək nəyə lazım?".

 

Bəs, indi modelyeri çətin vəziyyət qoyan həyat yoldaşı - Əhədpur Xangah Mənuçehr kimdir? Sözügedən qalmaqal nədən ibarətdir?


Mediada yayılan məlumata görə, Əhədpurun Azərbaycana gəlişi 90-cı illərə təsadüf edib. Belə ki, Azərbaycanın müstəqillik əldə etdiyi 90-cı illərdə ölkəyə xarici iş adamlarının böyük axını başlayıb, əsasən də qonşu ölkələrdən axın edən bu iş adamlarının içərisində xüsusi xidmət orqanlarının, kiçik dövlətlərdən böyük pullar qazanan beynəlxalq iqtisadi "çete"lərin nümayəndələri yer alıb. Bu şəxslərdən biri də qonşu İrandan Azərbaycana gələn "böyük missiya" ilə yüklənmiş, o zamanların xırda sahibkarı, milliyətini gizlədən, Manukyan soyadını Mənuçehr soyadına dəyişmiş Əhədpur Xangah idi. Manukyanın, yəni, Əhədpur Xangah Mənuçehrin Azərbaycana gəlişi ölkəyə böyük arzularla üz tutan digər iş adamlarından fərqlənib.

 

Əslən erməni olan iş adamı o zamanlar Azərbaycan Gömrük Komitəsininə rəhbərliyu ilə görüşüb anlaşa bilib. O zamandan sonra uzun illər Azərbaycan iqtisadiyyatının idarə edilməsi, ölkəyə gətirilən bütün malların monopoliyaya alınmasına start verilib.

AzFakt

Əldə etdiyimiz məlumata əsasən isə Əhədpur Xangah hazırda axtarışdadır. On illərdir ki, Azərbaycanda monopoliya zəncirinin bir həlqəsi, daha doğrusu əsas həlqələrindən olan Mənuçehrin milyardlarla dollar qazandığı, bunu qeyri-qanuni yollarla həyata keçirildiyi heç kimə sirr deyil. Media üzərindən apardığımız araşdırmalar zamanı isə maraqlı bir məqam diqqətimizi cəlb etdi, hansı ki, bu faktın iş adamının axtarışı ilə birbaşa əlaqəli olduğu düşünülür.

 

2022-ci ilin avqustun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə azadlıqdan məhrum edilən "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovla əlbir olan şəxslərin də həbs ediləcəyi gözlənilir və Əhədpur da bu adlar sırasında yer alır. Bu iki adı bir-birinə bağlayan dərin əlaqələr var. Belə ki, Əbülfəz Məlikovun böyük biznesə iranlı şəriki Əhəd Pur vasitəsi ilə başladığı iddia edilir. İş adamı bir neçə il öncə ləğv edilən “RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd Pur ilə “Shams al Sahra FZJO” şirkətinin 50 faiz payının məxsus olduğu Mənuçehr Əhədpur Xangahın əslində eyni adam olduğu bildirilir. Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilib.

 

Xatırladaq ki, "Broker" MMC-nin rəhbəri Ə.Məlikov "gömrükçülərin işi" üzrə aparılan istintaq işi zamanı saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq araşdırmaları zamanı Gömrük Komitəsinin 4 yüksək vəzifəli şəxsi saxlanılıb. Onlar dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Ə.Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində "brokerlik fəaliyyəti" ilə tanınır. Ona qarşı xüsusilə böyük məbləğdə vergi və gömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

 



sferaaz




Baxış sayı: 30062



OXŞAR XƏBƏRLƏR