QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 14:35
ETSN: "Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur"

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində püskürən palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir: "Müvafiq monitorinqlər həyata keçirilir. Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanlarından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb".




Baxış sayı: 359



OXŞAR XƏBƏRLƏR