QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 14:34
Fatih Dönməz: “Təbii qazın rublla ödənilməsinə dair Rusiya ilə razılıq əldə olunub”

“Prezident Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında aparılan danışıqlardan sonra Türkiyənin Rusiya təbii qazının rublla alınmasına dair prinsipial razılıq əldə olunub. Yaxın günlərdə qrafik və qiymətlərlə bağlı vəziyyətə aydınlıq gətiriləcək”.

Qalanews xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, hazırda tranzitin müəyyən hissəsinin Türkiyə lirəsi ilə ödənilməsinin mümkünlüyü müzakirə olunur.

Mersində “Akkuyu” AES-in tikintisi barədə danışan nazir Türkiyənin bu layihənin vaxt itirmədən həyata keçirilməsində maraqlı olduğunu söyləyib: “İki ölkənin liderləri yaxın vaxtlarda layihənin gedişatını müzakirə edəcəklər”.




Baxış sayı: 425



OXŞAR XƏBƏRLƏR