QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 20:02
Türkiyəli nazir: “Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik”

“Türkiyə öz ərazisində yerləşən bütün yataqların, o cümlədən dəniz zonalarındakı yataqların kəşfiyyat və işlənməsini həyata keçirmək niyyətindədir”.

Qalanews “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

O, yaxın günlərdə “Abdülhamid Han” qazma gəmisinin suya buraxıldığı Şərqi Aralıq dənizi bölgəsində 45-60 gün ərzində qazma işlərinin aparılacağını və hər hansı ehtiyat aşkarlanarsa, bu barədə ictimaiyyətin məlumatlandırılacağını deyib.

F.Dönməz Türkiyənin Qara dəniz sektorunda yerləşən “Sakarya” yatağı haqqında danışarkən 2023-cü ilin mart ayında bu yataqdan ilk qazın sahilə çatdırılacağını vurğulayıb: “Dənizin dibi ilə 120 km-lik boru xətti çəkilib, daha 50 km-lik xəttin çəkilişi həyata keçiriləcək”.




Baxış sayı: 331



OXŞAR XƏBƏRLƏR