QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 15:40
Dünya çempionatları tarixinə düşmüş baş məşqçi istefaya göndərilib

Futbol üzrə Mərakeş yığmasının baş məşqçisi Vahid Halilhociç istefaya göndərilib.

Bosniya və herseqovinalı mütəxəssislə müqaviləyə rəsmən federasiya prezidenti Fuzi Lakca Tanzaniyadan qayıtdıqdan sonra xitam veriləcək. Lakca hazırda Afrika Futbol Konfederasiyasının iclasında iştirak edir.

Mərakeş millisi Halilhociçin rəhbərliyi altında 30 oyunun 20-dən qələbə, 7-dən heç-heçə, 3-dən məğlubiyyətlə ayrılıb. 70 yaşlı baş məşqçi əvvəllər Fransanın "Nant", PSJ, Türkiyənin "Trabzonspor" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandalarında çalışıb. O, Əlcəzair, Yaponiya, Fil Dişi Sahili yığmalarına da rəhbərlik edib.

Qeyd edək ki, Vahid Halilhociç dörd fərqli ölkə yığmasına dünya çempionatlarına vəsiqə qazandırmış ilk baş məşqçidir.




Baxış sayı: 256



OXŞAR XƏBƏRLƏR