QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 12:12
Borrel: “Avropa Ukraynada uzunmüddətli münaqişəyə hazır olmalıdır”

“Avropa ölkələri Ukraynanı dəstəkləmələrinin ziyanını çəkməyə hazır olmalıdır”.

Qalanews xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

Onun sözlərinə görə, bu, Aİ-nin bütövlüyünü qorumaq və Ukraynanı dəstəkləməyi davam etdirmək üçün zəruridir.

"Ukrayna böhranı Avropaya da toxunur, lakin buna tab gətirmək lazımdır, çünki bütün müharibələr əvvəl-axır danışıqlarla bitir.

Biz Ukraynaya hərbi yardım edirik, lakin bu o demək deyil ki, biz danışıqlar üçün əlimizdən gələn hər şeyi etmirik. Avropalılar siyasi həll yolunun axtarışında uzunmüddətli münaqişə ilə üzləşməyə hazır olmalıdırlar”, - o vurğulayıb.

J.Borrel vurğulayıb ki, Avropanın cənubunda yerləşən ölkələr enerji məsələsində şimal ölkələri ilə həmrəylik nümayiş etdirməlidir.



report




Baxış sayı: 244



OXŞAR XƏBƏRLƏR