QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 14:40
KAT Azərbaycan-Kanada diplomatik əlaqələrinin 30 illiyini qeyd edir

Torontoda fəaliyyət göstərən Kanada Azərbaycanlıları Təşkilatı (KAT) iki ölkəni diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.

“Kanada ilə Azərbaycan arasında diplomatik münasibətlərinin yaradılmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlər Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun ayrılmaz hissəsi olan fəal Azərbaycan icması daxil olmaqla, insanlar arasında səmimi əlaqələrə əsaslanır”, - təşkilat tviterdə yazıb.

Bildirilib ki, 30 il bundan əvvəl avqustun 10-dan, yəni Azərbaycan ilə Kanada arasında diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında əlaqələr daha da dərinləşib və inkişaf edib: “İstər Kanada universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının artması, istərsə də bu ölkədə keçirilən çoxsaylı mədəni tədbirlər əlaqələrimizin möhkəmləndiyini sübut edir”.



report




Baxış sayı: 274



OXŞAR XƏBƏRLƏR