QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 12:08
Bakıda evlərdən 15 min manatlıq oğurluq edilib

Bakıda evlərdən 15 min manatlıq oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarsəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 7 evdən ümumilikdə 1465 manat pul, 7915 manat dəyərində qızıl əşyalar, 3000 manat dəyərində inşaat materialları, 2940 manat dəyərində velosiped, su mühərriki, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakinləri C.Həzrətquliyev və əvvəllər məhkum olunmuş T.Əmiraslanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Baxış sayı: 265



OXŞAR XƏBƏRLƏR