QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 11:40
Masazırda 21 yaşlı qızı zorla “Porsche”yə mindirmək istəyən şəxs KİMDİR? - Polis hərəkətə keçdi

"Avqustun 9-da saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 99 -??- 777 dövlət qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sürücüsü tərəfindən xuliqanlıq əməli ilə üzləşmişəm".

 

Qalanews xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya Bakı şəhər sakini, 21 yaşlı Ü.Ç. müraciət edib. 

 

O bildirib ki, həmin şəxs onu maşına mindirib aparmaq məqsədilə çantasını zorla əlindən alıb: “Mən Masazır dairəsindəki avtobus dayanacağında olarkən həmin şəxs yaxınlaşaraq avtomobilə minməyimi təklif etdi. Daha sonra çantamı alaraq avtomobilə qoydu və məni maşına minməyə vadar etməyə çalışaraq zorakılıq etdi. Ona bildirdim ki, nişanlıyam, problem yaratmasın. 40-42 yaşlı həmin şəxs daha sonra çantama vizitka ataraq geri qaytardı”.

 

Şikayətçi qadın hadisə barədə polisə müraciət etdiyini bildirib.

 

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş vermiş hadisə ilə bağlı Ü.Ç. tərəfindən müraciət daxil olub: “Məsələ hazırda Abşeron RPİ-nin əməkdaşları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.




Baxış sayı: 3994



OXŞAR XƏBƏRLƏR