QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 21:45
Canni De Byazi: "Millətlər Liqasını qələbə ilə başa vurmaq istəyirik"

"Sentyabrda daha iki oyunumuz var".

Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstana qarşı keçirəcəkləri qrup mərhələsinin oyunları barədə "Tuttomercatoweb" nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis turniri qələbə ilə başa vuracaqlarına ümid etdiyini bildirib: "Bundan sonra nələrin olacağını görəcəyik".

66 yaşlı baş məşqçi Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın İtaliya "Napoli"sinə keçidinə də toxunub: "Keyfiyyəti və gənc futbolçudur. Lorentso İnsinye, Dris Mertens və Xalidu Kulibalinin gedişindən sonra komandanın güclənməsini başa düşmək olar. Yeni oyunçular lazımdır. Transfer dövrü belə bitsə, baş məşqçi Luçano Spaletti xoşbəxt olmayacaq".

Qeyd edək ki, Canni De Byazinin AFFA ilə müqaviləsi bu ilin noyabrında başa çatacaq.




Baxış sayı: 289



OXŞAR XƏBƏRLƏR