QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 21:02
Vitali Balasanyan azərbaycanlı generallarla görüşdü - Söz verdi

Erməni general Vitali Balasanyan azərbaycanlı generallarla bərabər Laçına və Zabux kəndinə gedib.

Qalanews Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “Aravot” nəşri yazıb.

“Sakinlər kəndin mərkəzində toplaşmışdılar və gördülər ki, Vitali Balasanyan azərbaycanlı generallarla gəlir. Özü də o, ilk dəfə deyil ki, türklərlə belə rahat gəzir. Biz onun Şuşadakı postlarda onlarla necə mülayim danışdığını görürdük. Azərbaycanlılar isə artıq bizim evlərimizə baxırlar. Vitali onlara evləri göstərdi və inandırdı ki, heç kim evi dağıtmayacaq və yandırmayacaq, hər şey qaydasındadır. Bizim vəziyyətimizi təsəvvür edirsinizmi?”, - nəşr yerli sakin Satik Asatryanın sözlərini sitat gətirir.

Öz növbəsində erməni tərəfi Vitali Balasanyanın Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri ilə Laçın və Zabux kəndinə səfərini rəsmi təsdiqləyib.

Məlumatda deyilir ki, səfər 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi çərçivəsində həyata keçirilib.




Baxış sayı: 1661



OXŞAR XƏBƏRLƏR