QALA NEWS

17 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 20:46
Rusiya ilə imzalanmış tarixi müqavilə LƏĞV EDİLDİ – Kremldən gözlənilməz ADDIM

Filippin Rusiya ilə 16 hərbi-nəqliyyat vertolyotunun alınması ilə bağlı 227 milyon dollarlıq müqaviləni rəsmən ləğv etdiyini açıqlayıb. Qərarın ABŞ-dan gələn sanksiyalarla bağlı narahatlıq səbəbindən verildiyi bildirilir.

Qalanews xəbər verir ki, bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Rusiyanın SOVTEXNOEXPORT şirkəti ilə Filippin Hərbi Hava Qüvvələri üçün 16 ağır yükdaşıyan “Mi-17” helikopterinin alınmasına dair müqaviləsinin ləğvini rəsmiləşdirib.

Filippin 227 milyon dollarlıq müqavilənin ləğvindən irəli gələn məsələlərlə bağlı Rusiya tərəfi ilə diplomatik dialoqa başlamağa hazırlaşırlar.

Keçmiş müdafiə naziri Delfin Lorenzana bildirib ki, müqavilənin ləğvi barədə qərar Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda ABŞ-ın sanksiyaları ilə bağlı narahatlıq səbəbindən verilib.

Lorenza hökumətin müqavilə üçün ödədiyi 2 milyard peso (36 milyon dollar) ilkin ödənişi geri ala biləcəyinə əmin olmadığını söyləyib.




Baxış sayı: 1350



OXŞAR XƏBƏRLƏR