QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 17:03
Aeroportda nə baş verir? - 1 saat, 45 dəqiqədir ki AZAL-ın... - FOTO

"1 saat 45 dəqiqədən çoxdur ki, AZAL-ın sistemi işləmir. Millət baqajını gözləyir. Bir o qədər də adam uçub getməyi. Nə bir bilgiləndirmə var, nə də uşaqlı-qadınlı əziyyət çəkən insanlara yardım edən".

Qalanews xəbər verir ki, bu sözləri hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan jurnalist Aqil Ələsgər deyib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məsələ ilə bağlı məlumat yayıb:

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

Bildirilib ki, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Qeyd edilib ki, Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.




Baxış sayı: 2052



OXŞAR XƏBƏRLƏR