QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 16:51
"Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı oyunu təxirə salınmayacaq

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında II turun "Sumqayıt"la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək.

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. O bildirib ki, UEFA Çempionlar Liqasında Çexiyanın "Viktoriya" (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur.

"Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq", - deyə Qurbanov əlavə edib.

Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"la oyununu avqustun 13-də "Kapital Bank Arena"da keçirəcək. Matç saat 18:20-də başlanacaq. "Viktoriya" ilə qarşılaşmalar isə 16/17 avqustda evdə, 23/24 avqustda səfərdə olacaq.




Baxış sayı: 353



OXŞAR XƏBƏRLƏR