QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 16:03
Rusiyada deputat ordu barədə "dezinformasiya" yaydığına görə axtarışa verilib

Rusiyanın Omsk şəhərində Kuybışev Rayon Məhkəməsi şəhər sovetinin deputatı Dmitri Petrenko barəsində axtarış elan edib.

Qalanews TASS-a istinadən xəbər verir ki, bu barədə Kuybışev Rayon Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ona yaşadığı mənzili tərk etmək qadağan olunubmuş. O, şəhər sovetinin iclaslarında iştirak etmirmiş. İlkin məlumata əsasən, Dmitri Petrenko Rusiyadan xaricdədir.

“Axtarış elan edilməklə yanaşı, onun barəsində həbs-qətimkan tədbiri də seçilib. O, indiyədək məhkəmə iclaslarında iştirak etməyib”, - məhkəmədən bildirilib.

İstintaqın ilkin versiyasına əsasən, D. Petrenko sosial şəbəkədə etibarlı mənbə adı altında Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi "xüsusi hərbi əməliyyatlar" nəticəsində mülki infrastrukturu və Ukraynanın dinc sakinlərini məhv etməsinə dair “yalan” məlumatlar yaymaqda ittiham olunur.




Baxış sayı: 238



OXŞAR XƏBƏRLƏR