QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 14:32
ABŞ institutu: "Kremlin Krımdakı partlayışlara görə Ukraynanı günahlandırmaq üçün heç bir motivi yoxdur"

"Kremlin Krımda baş verən partlayışlara görə Ukraynanı günahlandırmaq üçün heç bir motivi yoxdur".

Qalanews xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.

Qeyd olunub ki, bu, artıq "Moskva" kreyserinin batmasından sonra növbəti dəfə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin effektivsizliyini bir daha nümayiş etdirəcək: "İki fərqli yerdə partlayışların eyni vaxtda olması, ehtimal ki, Rusiyanın rəsmi versiyası olan təsadüfi yanğın fərziyyəsini istisna edir. Lakin bu, nə diversiya, nə də uzaqmənzilli raket hücumunu istisna etmir".

Təhlilçilər həmçinin qeyd ediblər ki, Rusiya əlavə döyüşçü qüvvələrini formalaşdırmaq üçün immiqrant və etnik liderlərdən istifadə edir.




Baxış sayı: 380



OXŞAR XƏBƏRLƏR