QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 14:24
Zubir: “Çempionlar Liqasının qrupunda oynamaq istəyirəm”

“Bizim üçün çox vacib oyun idi. Birinci hissədə əlimizə düşən ilk fürsətdən istifadə etdik. Daha sonra da yaxşı imkanlarımız oldu. İkinci yarıda açıq oyun getdi. Hesab bizim xeyrimizə olduğu üçün mübarizə aparmaq asan oldu”.

Bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanda “Ferenstvaroş”u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

İkinci hissədə yüngül zədə aldığını bildirən 31 yaşlı yarımmüdafiəçi erkən vurulan qolun komandaya motivasiya verdiyini söyləyib: “İlk yarıda bizim və rəqibin kifayət qədər qol şansları oldu”.

Zubir Çempionlar Liqasının qrup mərhələsində oynamaq istədiyini diqqətə çatdırıb: “Belə turnirdə iştirak etmək bütün futbolçuların arzusudur. Bizim də məqsədimiz var. İnanıram ki, istəyimiz gerçəkləşəcək”.




Baxış sayı: 261



OXŞAR XƏBƏRLƏR