QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Aug 2022, 23:57
Dmitri Medvedev Estoniyanı təhdid edib

“Rusiya vətəndaşlarına qarşı növbəti nasist sərsəmləməni eston xala söyləyib. O deyib: “Avropanı ziyarət etmək insan haqqı deyil, imtiyazdır”.

Qalanews xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin sabiq Prezidenti Dmitri Medvedev tviterdə yazıb.

“Elə ona digər sözləri xatırlatmaq istəyirsən: “Əgər siz azadsınızsa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”, - o vurğulayıb.

Qeyd edək ki, D.Medvedevin Estoniya Baş naziri Kaya Kallasın ünvanına dediyi bu sözlər sovet Rusiyasının Əks-İnqilab və Sabotajla mübarizə üzrə Ümum-Rusiya Fövqəladə Komissiyasının banisi, məşhur inqilabçı Feliks Dzerjinskiyə məxsusdur. O vaxtilə deyib: “Əgər sizin məhkumluğunuz yoxdursa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”.

Xatırladaq ki, Estoniyanın Baş naziri Avropa İttifaqı (Aİ) ölkələrini rusiyalılara turistik vizaların verilməsini dayandırmağa çağırıb.



report




Baxış sayı: 257



OXŞAR XƏBƏRLƏR