QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Aug 2022, 23:30
Moldovada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Moldovada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.

Qalanews xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.

“Respublikada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb. Xəstəlik ABŞ-dan ölkəmizə gələn əcnəbi vətəndaşda təsdiqlənib”, - xəbərdə bildirilir.

Qeyd edilir ki, əcnəbi Kişineudakı Tom Çorbe adına Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına tibbi yardım üçün müraciət edib və orada meymunçiçəyi, qızdırma, dəri səpkiləri əlaməti ilə xəstəxanaya yerləşdirilib.

"O, bu gün (dünən-red) yoxlanılıb və analizlər Milli Səhiyyə Agentliyinin laboratoriyasına göndərilib. Meymunçiçəyi üçün test müsbət çıxıb", - nazirlikdən bildirilib. Məlum olub ki, o, ABŞ-da xəstəliyə yoluxmuş şəxslə təmasda olub.

Səhiyyə Nazirliyi vətəndaşları xəstəliyin əlamətləri aşkar edildikdə həkimə müraciət etməyə çağırıb.




Baxış sayı: 314



OXŞAR XƏBƏRLƏR