QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Aug 2022, 18:01
Rusiya klubu Azərbaycanda işləmiş baş məşqçi ilə yollarını ayırıb

Rusiyanın "Ximki" klubu baş məşqçisi Sergey Yuranla yollarını ayırıb.

Qalanews yerli mətbuata istinadən xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının üzvü Roman Teryuşkov məlumat verib.

O, 53 yaşlı mütəxəssisin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyini bildirib.

Teryuşkov yaxın vaxtlarda müvafiq sənədlərin imzalanacağını və baş məşqçiyə kompensasiya ödəniləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Sergey Yuranın "Ximki" ilə müqaviləsi 2022/2023 mövsümünün sonunda başa çatmalı idi. Fevralda baş məşqçi təyin olunan mütəxəssis 2008 və 2020-ci illərdə də bu komandaya rəhbərlik edib. Yuran 2011-ci ildə Azərbaycanda "Simurq"da eyni vəzifəni yerinə yetirib.



report




Baxış sayı: 350



OXŞAR XƏBƏRLƏR