QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Aug 2022, 14:32
SON DƏQİQƏ: Azərbaycanda internet bahalaşdı: 70 faiz...

"Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) abunəçilərə xəbərdarlıq etmədən internet tariflərini artırıb. 

Qalanews xəbər verir ki, “Baktelecom” abunəçiləri öz şikayətlərini sosial şəbəkə hesablarında yazıblar. Abunəçilər istifadə edəcəkləri internetin ödənişini edərkən tariflərin dəyişdiyini və ona uyğun olaraq qiymətlərin artdığını müşahidə ediblər. 

Daha az ödənişli tarifə keçmək istəyən istifadəçilərə isə bunun mümkün olmadığını bildiriblər. “Baktelecom”dan bildirilib ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq, 4 mbit/s və 10 mbit/s tarifləri ləğv edilib. Məlumatda qeyd olunub ki, abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək. 4 mbit/s və 10 mbit/s-lik xidmətindən 15 mbit/s və 30 mbit/s paketinə keçid almış müştərilərin gələcəkdə daha sürətli internet paketlərinə keçidi üçün təklif olunan yüksək sürətli tariflərdən birini seçmək imkanı da var. 

Abunəçilər iddia edirlər ki, əvvəlki tariflərin müvafiq olaraq qiyməti 10 və 17 manat olub. İndi isə yeni tarifin qiyməti 17 və 20 manata çatıb. Başq szölə qimət 30-70 faiz artıb. Bundan başqa, əvvəl, məsələn, 10 manatlıq abunə paketi alan abonentlər 15 manatlıq abunə paketinə keçmək istəsələr də, təklif rədd edilib. Abonentlərə bildirilib ki, onlar daha yüksək qiymətə olan paketi ala bilərlər. 







Baxış sayı: 3903



OXŞAR XƏBƏRLƏR