QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Aug 2022, 13:21
Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib

Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.

Qalanews xarici KİV-ə istinadən bildirir ki, həmin avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.

Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.

Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.

Türkiyənin Ukraynaya hərbi zirehli avtomobil verməsi ilə bağlı rəsmi Ankara və Kiyev hələlik heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.




Baxış sayı: 381



OXŞAR XƏBƏRLƏR