QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 08 Aug 2022, 22:18
Dünya çempionu polis tərəfindən güllələnərək ÖLDÜRÜLDÜ

Yaponiya döyüş sənəti Ju Jitsu üzrə bütün dövrlərin ən uğurlu idmançılarından biri olan braziliyalı Leandro Lo San-Pauluda gecə klubunda başından güllələnib. 

Qalanews xəbər verir ki, ötən gün San Pauloda gecə klubuna gedən braziliyalı idmançı Leandro Lo səbəbi məlum olmayan mübahisədən sonra hərbi polis əməkdaşı Henrique Otavio Oliveira Velozo tərəfindən başından güllələnib.

Xəstəxanaya aparılan Leandro Lonu müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə onun polisi yıxdığı zaman baş verib. Hadisə şahidləri bildiriblər ki, Velozo Lo-nun masasından şüşə götürüb və döyüşçü polisi yıxıb.

İkisi arasında böyüyən davadan sonra polis məmurunun silahını çıxararaq Lo-nun alnından vurduğu öyrənilib.

Lo 2012-ci ildən bəri qara kəmər kimi 8 dəfə Dünya Çempionatını qazanaraq bütün zamanların ən uğurlu Braziliyalı Jiu-Citsu idmançılarından biri olub.

Bu ilin əvvəlində o, Kaliforniyada keçirilən daha bir Dünya Çempionatının qalibi olub.

Unikal.org




Baxış sayı: 3238



OXŞAR XƏBƏRLƏR