QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 08 Aug 2022, 16:33
Türkiyənin XİN başçısı: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”

“Can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı uyğun şərtləri bölgədə sülh və sabitliyi daimi qalması üçün tətbiq edirik”.

Qalanews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

“Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir. Təbii ki, bu prosesi Azərbaycan və Ermənistan arasındakı prosesdən və yekun məqsədimiz olan bütün bölgədə normallaşma və əməkdaşlıq niyyətimizdən müstəqil düşünmürük. Son günlər bölgədə yaşanan gərginlik mövcud sükunətin nə qədər kövrək olduğunu göstərir. Əlbəttə, bu proseslərdə can Azərbaycanla həmrəyliyimiz davam edəcək. Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”, - XİN başçısı vurğulayıb.




Baxış sayı: 375



OXŞAR XƏBƏRLƏR