QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 07 Aug 2022, 21:04
Ukraynada 1600-dən çox diversant saxlanılıb

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb.

Qalanews “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin məlumat verib.

“Ukrayna ərazisində 164 gün davam edən müharibə zamanı yüzə yaxın təxribat və kəşfiyyat qrupu ifşa edilib, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb. Mən öz feysbuk səhifəmdə tez-tez təxribatçılar və onların şərikləri haqqında yazıram”- deyə, o bildirib.

Onun sözlərinə görə, təxribatçıların əlaltıları ruslarla 5-10 min qrivenə qarşılığında əməkdaşlıq etməyə razılaşırlar: “Mükafat üçün satqınlar Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin yeri, nəzarət-buraxılış məntəqələri, həmçinin raketlərin gəldiyi yerlər haqqında məlumat verirlər”.




Baxış sayı: 290



OXŞAR XƏBƏRLƏR