QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 08 Aug 2022, 12:08
"İndi kişilər gözəllərə fikir vermirlər"

"İnternətdə, "YouTube"da nə istəsən tapmaq mümkündür. Belə şey heç vaxt olmamışdı. Müəllimlər öyrədirdilər ki, notu bu formada oxuyun, ağzınızı belə açın. Amma indi müəllimlərə ehtiyac yoxdur".

Qalanews axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı "APA TV"yə müsahibəsində deyib. Sənətçi internetin aktual istifadə olunmasının müəllimlərə olan ehtiyacı azaltdığını bildirib:

"Çünki "YouTube"da hər şey var, bariton və ya tenor səslə necə oxumaq lazımdır. Təkcə musiqidən yox, hansı sahədə istəsən tapmaq mümkündür. Çoxları başa düşmür ki, həmin şəxsin istedadı var ya yox. Elə bilirlər ki, illər sonra istedad üzə çıxacaq, amma yox, elə deyil. Daxildə heç nə yoxdursa, olmayacaq".

Cavan Zeynallı xanım sənətçilərin estetik əməliyyatlarla biri-birinə bənzəməsindən də danışıb:

"Estetik etdirənlər biri-birinə oxşayırlar. Özü də bahalı əməliyyatlardır, pulu haradan tapırlar bilinmir. Baxıram ki, kimdir oxuyan. Elan edirlər, görürsən filankəsə oxşayır. Bu birisi isə başqasına bənzəyir. Hamısının üzü eyni. Hər adamın gərək individual siması olsun. Hamı eynidir, gözəldir. Əvvəllər sinifdə 30 nəfər oldurdu, baxırdın ki, iki qız gözəldir, digərlərinə fikir vermirdin. İndi baxırsan ki, 10 nəfərdən 8-i gözəldir. Belə olduğu halda kişilər özlərini itirir. Bilmirlər ki, həmin xanımların əsl gözəlliyi nədən ibarətdir. Deyirlər ki, mən belə doğulmuşam, əməliyyat yoxdur. Ona görə də kişilər indi gözəllərə fikir vermirlər".




Baxış sayı: 352



OXŞAR XƏBƏRLƏR