QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 07 Aug 2022, 20:28
Bakıda yaşlı kişini küçənin ortasında ölümcül döydülər - VİDEO

Sosial şəbəkələrdə Bakıda kişinin küçənin ortasında ölümcül döyüldüyünü əks etdirən video yayılıb.

Qalanews xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA TV-nin sorğusuna cavab olaraq bildirib ki, hadisə avqustun ikisində gecə saatlarında paytaxtın Nəsimi rayonunda üçüncü mikrorayon dairəsi deyilən ərazinin yaxınlığında qeydə alınıb. Əməldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Xəlilli müəyyən olunaraq saxlanılıb. O, istintaqa təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, hadisə zamanı döyülən şəxs xəstəxanaya yerləşdirilib.



APA




Baxış sayı: 1504



OXŞAR XƏBƏRLƏR