QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Aug 2022, 21:16
Ərdoğan Putinin istəyini QƏBUL ETDİ – “Gərginliyi azaltmaq üçün…”

“Tayvanla bağlı gərginliyi azaltmaq üçün bütün tərəflərin sağlam düşüncə və təmkinlə hərəkət etməsi çox vacibdir”.

Qalanews xəbər verir ki, bunu Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın bölgə və dünyada baş verənlərə münasibəti belə olub:

“Hər şeyə hazırıq, heç bir problem yoxdur. Bölgədəki prosesləri yaxından izləyirik. Ukraynada müharibə və koronavirus pandemiyasının qlobal iqtisadiyyat və sabitliyə mənfi təsirlərini davam etdirdiyi bir vaxtda yeni böhranın yaranmasına imkan verməməliyik.

Tayvanla bağlı gərginliyi azaltmaq üçün bütün tərəflərin sağlam düşüncə və təmkinlə hərəkət etməsi çox vacibdir. Sentyabrda “Şanxay beşliyi” Özbəkistanda görüşəcək. Görüşümüz zamanı cənab Putin də xahiş etd, qismət olsa, oradakı görüşdə iştirak edəcəyik. İstər üzv, istər müşahidəçi, istərsə də dialoq tərəfdaşı qismində “Şanxay beşliyi”nin üzvləri ilə birlikdə olmaq istəyirik.

Məsələn, Çin gəlir, o biri tərəfdən Səudiyyə gələcək, Qətər gələcək. Orda onlarla birlikdə olmağı hədəfləyirik. Ümid edirəm ki, qeyri-adi bir şey baş verməsə, mən də orada olacağam. Orada bu məsələləri daha yaxşı qiymətləndirəcəyik”.



kaimaz




Baxış sayı: 1803



OXŞAR XƏBƏRLƏR