QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Aug 2022, 13:54
Ukraynadan taxıl daşıyan ilk gəmi Türkiyəyə yola düşüb

Ukraynadan taxıl daşıyan ilk gəmi Odessadan Türkiyəyə yola düşüb.

Qalanews “Anadolu”ya istinadən xəbər verir ki, Birgə Koordinasiya Mərkəzinin nümayəndələrinin yoxlamasından sonra Barbados bayrağı altında “Fulmar S” quru yük gəmisi Ukraynanın Çernomorsk limanına doğru hərəkət edib.

Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Kilyos ərazisi sahillərində yoxlama təxminən 1,5 saat davam edib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Son bir neçə gündə qarğıdalı yükü olan dörd gəmi Odessa limanlarından “taxıl dəhlizi” ilə hərəkət edib.




Baxış sayı: 250



OXŞAR XƏBƏRLƏR