QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Aug 2022, 13:50
Çin Tayvan bölgəsində 70-ə yaxın döyüş əməliyyatı həyata keçirib

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri zamanı Tayvan bölgəsində 68 döyüş uçuşu həyata keçirilib, adanın ətrafındakı ərazilərdə Hərbi Dəniz Qüvvələrinin 13 gəmisi patrul xidməti həyata keçirib.

Qalanews “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Çin mediası Tayvanın hərbi idarəsinin məlumatlarına istinadən məlumat yayıb.

Eyni zamanda qurumun saytındakı məlumatda gəmilərin və təyyarələrin Tayvan boğazının “orta xətti” adlandırılan hissəsini bir neçə dəfə keçdiyi qeyd olunur. Bu xətt Tayvan ordusu tərəfindən ada ilə ölkənin materik hissəsi arasındakı sərhəd hesab edilir. Sərhəd rəsmi Pekin tərəfindən tanınmır, o, 1954-cü ildə ABŞ-ın dəstəyi ilə şərti olaraq müəyyən edilib.

Çin Müdafiə Nazirliyi Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu və heç bir sərhəd xəttinin keçilmədiyini vurğulayıb.




Baxış sayı: 306



OXŞAR XƏBƏRLƏR