Namaz vaxtları
Kateqoriyalar
İQTİSADİYYAT
123
05 Aug, 2022 22:30
Azərbaycan Rusiyanın 20-dən çox müəssisəsinə idxal icazəsi verib
Rusiyanın daha 24 müəssisəsinə Azərbaycana heyvandarlıq məhsullarının ixracına icazə verilib.
Qalanews Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti bildirib.
Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi şirkətlərin baytarlıq-sanitar tələblərinə uyğunluğu zəmanəti əsasında Rusiya müəssisələrinə ixrac icazəsi verib.
Hazırda Rusiyanın 1 074 müəssisəsi Azərbaycana məhsul ixracını həyata keçirir.