QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Aug 2022, 23:57
Rusiya və Türkiyə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Rusiya Baş nazirinin müavini Aleksandr Novakla Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş keçirilib.

Qalanews xəbər verir ki, görüşdə tərəflər iqtisadiyyatın əsas sahələrində ölkələr arasında əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər.

Rusiya ilə Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və inkişaf etməkdə davam etdiyi qeyd edilib. Rəsmilər ölkələr arasında nəqliyyat sektoru və logistika, sənaye və kənd təsərrüfatı, turizm sahələrində inkişaf edən əməkdaşlığı müzakirə ediblər.

Qeyd olunub ki, ikitərəfli əməkdaşlıqda enerji sektoru xüsusi yer tutur. Belə ki, “Türk axını” və “Mavi axın” qaz kəmərləri uğurla fəaliyyət göstərir, Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu”nun tikintisi davam edir. Görüşün yekunları üzrə tərəflər iqtisadiyyatın əsas sektorlarında ölkələrin qarşılıqlı fəaliyyətini genişləndirmək niyyətlərini bildiriblər.




Baxış sayı: 252



OXŞAR XƏBƏRLƏR