QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jul 2022, 10:02
Kalininqradın adının dəyişdirilməsi təklif olundu

Dövlət Dumasının deputatı, "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının rəhbəri Sergey Mironov Kalininqrad vilayətinin adının dəyişdirilməsi barədə təklif verib.

Qalanews teleqraf.com-a istinadən bildirir ki, siyasətçi Kalininqrad şəhərinə Vladibaltiysk, Kalininqrad vilayətinə isə Baltikyanı ərazi adının verilməsini təklif edib.

"Bu addan dərhal aydın olur ki, söhbət vətənimizin ucqar qərb sərhəddində, Sakit okeandan Baltikə qədər uzanan forpostdan gedir", - Dövlət Dumasının deputatı deyib.

Kalininqrad vilayətinin səlahiyyətliləri buna cavab olaraq bildirdilər ki, hazırda bölgənin adının dəyişdirilməsi ilə bağlı müzakirələr yersizdir və vilayət mərkəzi artıq layiqli bir ada malikdir.

Xatırladaq ki, bu il iyunun 8-də Litva Avropa İttifaqının sanksiyalarına məruz qalan bir sıra malların Kalininqrada tranzitini dayandırıb.

76 il əvvəl, 1946-cı il iyulun 4-də Köniqsberq vilayətinin adı dəyişdirilərək Kalininqrad adlandırılıb. Baltik respublikalarının əhatəsində anklav kimi qalan Rusiya Federasiyasının Kalininqrad vilayətinin mərkəzi olan Köniqsberq şəhəri Almaniyanın Şərqi Prussiya əyalətinin mərkəzi olub. 1945-ci il Potsdam konfransının qərarı ilə SSRİ-yə verilib və sonra Kalininqrad adlandırılıb. Sovet İttifaqı dağıldıqdan sonra bütün şəhərlərin əski adları qaytarılsa da, Köniqsberqin adı nə şəhərə, nə də vilayətə qaytarlıb.




Baxış sayı: 268



OXŞAR XƏBƏRLƏR