QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Jul 2022, 22:59
"Qarabağ"ın legioneri: "Yenidən "Lex"ə qol vurmaq istərdim"

"Püşkatmadan sonra Polşaya qayıtmaq imkanım olduğu üçün sevindim. Açığı, "Lex" asan rəqib deyil. Ona görə heç də hamı bu komanda ilə düşməyimizə sevinmədi. Baxtimizə daha asan rəqib çıxa bilərdi".

Bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç Polşada "Lex"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Monteneqro millisinin müdafiəçisi şansların bərabər olduğunu bildirib: "Amma Bakıda cavab matçı olacaq. Bilirik ki, Poznanda ehtiyatlı oynamalıyıq. Tələsik oynaya bilmərik. Öz oyunumuzu göstərmək istəyirik. Bundan əlavə, baş məşqçi Qurban Qurbanov bizə daim nizam-intizamın və komanda oyununun vacib olduğunu deyir. Heyətdə ulduzlarımız yoxdur, çünki Qurbanov heç kimə problem yaratmaq istəmir".

31 yaşlı oyunçu "Lex"in yeni baş məşqçi Con van den Bromunun rəhbərliyi altında daha motivasiyalı oynayacağını istisna etməyib: "Hər bir oyunçu özünü göstərmək istəyəcək. Amma bizdə də motivasiya baxımından problem yoxdur. Hər il avrokubokların qrup mərhələsində çıxış edirik. Yenə bu hədəfə nail olmaq istəyirik. Avrokuboklara hazırıq və bunu "Lex"lə matçlarda göstərəcəyik".

Təcrübəli futbolçu rəqibin çempionatdakı oyunlarını izlədiklərini söyləyib: "Komandada yaxşı balans var. Hər kəs hücum edir, eyni zamanda müdafiə olunur. Mikael İshak hücumda təhlükəlidir. Effektiv forvarddır, onun nəyə qadir olduğunu bilirəm. Üstəlik, həm fərqlənən, həm də məhsuldar ötürmələr edən Juan Amaral da var. Bu duet hücumdakı vəziyyəti dəyişdi. Digər futbolçuları da qeyd etmək olar".

Polşa "Legiya"sında çıxış edərkən ilk qolunu "Lex"ə vuran Veşoviç yenidən rəqibin qapısına yol tapmaq istədiyini vurğulayıb: "Əslində əla olardı. Buna qarşı deyiləm. Həmin vaxt Polşa çempionatında ilk oyunum idi və biz 2:1 hesablı qələbə qazanmışdıq".

Müdafiəçinin sözlərinə görə, qrup mərhələsinə vəsiqə qazanmamaq "Qarabağ" üçün yaxşı olmaz: "Bilmirəm, klubda bu ssenariyə necə raksiya verərdilər. Düşünürəm ki, məyus olardılar. Mən nikbin insanam. Dediyim ki, Avropada mübarizə apara biləcək yaxşı komandamız var. "Qarabağ"ın hədəfi hər il qrupa düşməkdir".

O, ötən mövsüm UEFA Konfrans Liqasındakı çıxışlarını da xatırlayıb: "Qrupu 2-ci pillədə bitirib, pley-offa çıxdıq. Burada isə "Marsel" bizi mübarizədən kənarlaşdırdı. Amma nəticə oyunumuzu əks etdirmir. Çünki yaxşı şanslarımız oldu. Bütün Azərbaycan "Qarabağ"a azarkeşlik edir. Açığı, bu, məni təəccübləndirmişdi. Çünki Polşa və Serbiyada belə halla üzləşməmişəm. Mənim üçün yeni bir şey idi".

Veşoviç "Qarabağ"da keçirdiyi ilk mövsümdən razı qaldığını bildirib: "Azərpaycan Premyer Liqasının qalibi olduq, həmçinin ölkə kubokunu qazandıq. İndi yenidən özümüzü Avropada göstərmək istəyirik. Xoşbəxtəm, çünki əvvəlki zədəmdən əsas-əlamət qalmayıb. Səhhətimlə bağlı hər şey qaydasındadır. Klubumda və millidə müntəzəm oynayıram. Bu, mənim üçün ən vacib amildir. Bakıda yaşayıram. Ora çox gözəldir. Nəyəsə görə təəssüflənə bilmərəm. Hər şey yüksək səviyyədədir".

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.




Baxış sayı: 255



OXŞAR XƏBƏRLƏR