QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Jul 2022, 22:59
Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlardan imtina ediblər

Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlardan imtina ediblər.

Qalanews TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Nazirlər Kabinetinin yeni tərkibinin ilk iclasında deyib.

"Baş nazir Elizabet Born mənə ötən həftəki məsləhətləşmələrin nəticələri barədə məlumat verib. Müxalifət partiyalarının koalisiya hökumətində iştirak etmək istəyinin olmadığını nəzərə almaq lazımdır", - Makron bildirib.

Makron vurğulayıb ki, ölkədəki siyasi vəziyyət hökumətdən iddialı və fəal mövqe tələb edir.

“Ölkəmizə islahatlara, eləcə də çətin kompromislərə getmək ehtiyacı var. Fransa üçün əsl müstəqillik qurmaq üçün xüsusilə ekologiya və demoqrafiya sahəsində dərin dəyişikliklər etmək lazım gələcək", - Makron əlavə edib.




Baxış sayı: 255



OXŞAR XƏBƏRLƏR