QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Jul 2022, 14:54
Ukrayna XİN başçısı Belarusun müharibədə mümkün iştirakını şərh edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Belarusun müharibədə birbaşa iştirakına münasibət bildirib.

Qalanews “Ukrinform”a istinadən xəbər verir ki, o, bu barədə “lb.ua” saytına müsahibəsində danışıb.

“Belarusun savaşda birbaşa iştirakı ehtimalı Rusiya ordusunun Ukraynadakı uğurlarına mütənasib olaraq artacaq. Nə qədər ki, Belarus Ukrayna ordusunun uğurlarını görür, onlar hər cür hərəkətlərini təxirə salacaqlar. Rusiya isə Belarus ərazisindən istifadə edir”, - o söyləyib.

Nazir, həmçinin Belarusla diplomatik təmasların çox məhdud olduğuna diqqət çəkib: “Bizim qarşılıqlı olaraq səfirimiz, səfirliyimiz var. Bunlar yeganə ünsiyyət kanallarıdır”.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanı dəstəklədiyini söyləmişdi.



report




Baxış sayı: 227



OXŞAR XƏBƏRLƏR