QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Jul 2022, 12:44
Özbəkistan və Qazaxıstan prezidentləri Qaraqalpaqdakı durumu müzakirə ediblər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Qalanews “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, dövlət başçıları Qaraqalpaqdakı durumu müzakirə ediblər.

Qasım-Jomart Tokayev Özbəkistanda sabitliyin təmin olunması istiqamətində həyata keçirilən sərt tədbirləri dəstəklədiyini bildirib. Həmçinin iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə edilib.

Özbəkistan, Qazaxıstan və Qırğızıstan hökumət nümayəndə heyətlərinin Qambarota GES-1 tikintisi layihəsi üzrə ötən həftə Bişkekdə baş tutan üçtərəfli danışıqlarının nəticələri məmnunluqla qeyd olunub.




Baxış sayı: 232



OXŞAR XƏBƏRLƏR